Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”

Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
26 2024 12:45

“Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında deyib.

“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


6 May 2024
Siyasət

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

6 May 2024
Siyasət

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.